www.science.az
10.05.2018 10:29

Çinli mütəxəssislər AMEA-nın Elm Tarixi İnstitutu ilə əməkdaşlıqda maraqlıdırlar

Çin İctimai Elmlər Akademiyası (ÇİEA) və Xuchou Universitetinin nümayəndələri AMEA-nın Elm Tarixi İnstitutunda olublar.

Görüşdə  qonaqlara Elm Tarixi İnstitutunun fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Çin-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ölkəmizin regionda geostrateji rolu və həyata keçirilən inkişaf proqramlarından bəhs edib.

Daha sonra institutun elmi katibi, siyasi elmlər doktoru Zaur Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Nuriyev Azərbaycan-Çin münasibətlərinin inkişafı və tarixinə dair məruzələrlə çıxış ediblər.

Sonda çinli alimlər AMEA-nın Elm Tarixi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək, birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.