www.science.az
15.05.2018 09:22

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadənin 20 aprel 2018-ci il tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Polimer Materialları İnstitutunda “Makromolekullar kimyası” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib.

İmtahanda institutun sabiq doktorantları ilə yanaşı, Neft-Kimya ProsesləriKataliz və Qeyri-üzvi Kimya institutlarının dissertantları da iştirak ediblər.

Keçirilmiş imtahan uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.