www.science.az
22.05.2018 09:22

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

8 iyun 2018-ci il tarixində saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç., 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.