www.science.az
06.06.2018 10:12

Naxçıvan Bölməsində Milli Qurtuluş Gününə həsr olunan sərgi təşkil olunub

AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub.

Sərgidə “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Heydər Əliyev irsi-əbədiyaşar təlim”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”, “Azərbaycanı dünyaya saydıran insan”, “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”, “Zamanı qabaqlayan dahi” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, eləcə də nəsillərə nümunə ola biləcək həyat və siyasi fəaliyyətindən bəhs edən qəzet, jurnal və toplular tamaşaçılara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.