www.science.az
12.06.2018 15:37

II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Narınc Uşaq Psixologiya Mərkəzinin (NUPM) birgə təşkilatçılığı ilə II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib.

Konfransda AMEA GAMŞ, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və bir sıra özəl psixoloji və nitq inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və digərləri çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans son zamanlar ölkəmizdə və dünyada aktual olan ailə və uşaq psixologiyası sahəsindəki problemlərin müxtəlif aspektdən müzakirəsini daha böyük miqyasda təmin etmək baxımından önəmlidir.

İki gün davam edən konfransda NUPM-in rəhbəri, psixoloq Narınc Rüstəmovanın "Uşaqlarımızı böyüdərkən etdiyimiz səhvlər", türkiyəli psixoloqlar - Demet Bozokun "Uşaq şəkil analizi təhsili", Mehmet Ongunun "Autizmli uşaqlarda dil və nitq terapiyası", Tanju Ekincinin "Ailə münasibətlərində qarşıdurmalar və onların həll yolları" və Oytun Erbaşın "Sevgi və əlaqə nevrologiyası" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.