www.science.az
04.07.2018 15:30

Məktəblilər Dendrologiya İnstitutunun muzeyləri ilə tanış olublar

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin AMEA-nın Dendrologiya İnstitutuna səyahəti təşkil olunub.

Səfər zamanı institutun tarixi, nadir ekzotik və endemik bitkiləri, bitki biomüxtəlifliyi və onların bioekoloji xüsusiyyətləri barədə məktəblilərə məlumat verilib.

Şagirdlər daha sonra müəssisənin ərazisində yerləşən Heydər Əliyev, Nikolay Vavilov və Sergey Yesenin muzeyləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.