www.science.az
09.07.2018 14:51

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın elmi əsərlər” jurnalı yenidən nəşrə başlayır

AMEA Mərkəzi Elmi Kitabxanasının elmi nəşri olan jurnalın xüsusi buraxılışları mühüm tarixlərə və ölkəmiqyaslı hadisələrə həsr olunacaq.

Jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, əqli mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək.

Yeni buraxılışın birinci nömrəsi üçün məqalələr avqustun 5-dək cecilia.hazai@gmail.com və bekirleyla@gmail.com ünvanlarına göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.