www.science.az
24.07.2018 14:13

Dünya Bankının nümayəndələri ilə torpaqşünaslıq sahəsində insan kapitalının qiymətləndirilməsinə dair müzakirələr aparılıb

Dünya Bankının məsləhətçiləri Kanis Nurimgereyev və professor Tomas Tomson Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər.

Məqsəd Dünya Bankı və Avrasiya Ərzaq Təhlükəsizliyinin Mərkəzi Afrika, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə torpaqşünaslıq sahəsində insan kapitalının qiymətləndirilməsi ilə bağlı apardığı araşdırmalara dair müzakirələr aparmaq, Azərbaycanda bu istiqamətdə görülən işlərlə tanış olmaq idi.

Görüşdə Ə.Quliyev qonaqlara Azərbaycanda torpaqşünaslıq elminin vəziyyəti, əsas inkişaf  istiqamətləri, bu sahədə aparılan tədqiqatlar, torpaqların deqradasiyaya uğraması və buna qarşı görülən qabaqlayıcı tədbirlər barədə məlumat verib, onların  suallarını cavablandırıb. O, ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar torpaqşünaslıq sahəsində insan kapitalı reyestrinin hazırlanması, torpağın münbitləşməsi, təsərrüfat səviyyəsində texniki və özəl sektordakı işçilərin peşə təlimi vəziyyətini öyrənməklə icmal məlumatın hazırlanması kimi məsələlərin nəzərdə tutulduğunu qeyd edib.

Ə.Quliyev, həmçinin institutda aparılan elmi tədqiqatlar barədə də məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.