www.science.az
07.08.2018 11:34

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 1-4 avqust 2018-ci il tarixlərində Avstraliyanın Melburn şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Monaş Universiteti və Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti tərəfindən təşkil olunan konfransda ABŞ, Avstraliya, Kanada, Çin, Yaponiya, Hindistan və digər ölkələrin elmi mərkəzlərindən olan 100-ə yaxın alim iştirak edib.

Beynəlxalq tədbirdə plenar məruzə ilə çıxış eden A.Hacıyev konfransın mükafatına layiq gürülüb.

Konfrans çərçivəsində yüksək impakt faktoru olan “Omega” jurnalının baş redaktoru professor Benjamin Lev ilə Azərbaycan alimlərinin bu jurnalda məqalələrinin çap olunması, həmçinin Kanadanın Brok Universitetinin professoru Syed Ejaz Ahmed və Çinin Çengdu Universitetinin professoru Jiuping Xu ilə gələcəkdə birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.