www.science.az
11.09.2018 16:51

Mərkəzi Elmi Kitabxanada Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib

Məlum olduğu kimi, sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də həm də Azərbaycanın müstəqilliyi təmin olunub, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi təşkil olunub.

Sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur.

Sərgi sentyabrın 30-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.