www.science.az
12.05.2014 00:00

AMEA Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva Moldovaya səfər edib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva Moldovanın Kişinyov şəhərində səfərdə olub. Məqsəd Şərq tərəfdaşlıq ölkələrinin elm, texnika və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsi (İncoNetEaP) proqramı çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrində elmin inkişafı üçün qiymətləndirmə və ekspertiza” mövzusunda keçirilmiş seminarda iştirak etmək idi.

Səfər çərçivəsində İncoNetEaP proqramı ilə AMEA-nın institut və təşkilatları arasında elmi istiqamətlərin müəyyənləşdirilməsi və müvafiq sahədə əməkdaşlıq əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.