www.science.az
14.09.2018 14:20

Almaniyanın Helmholtz Elmi-Tədqiqat Mərkəzinin professoru Elm Tarixi İnstitutunda olub

Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev AMEA-nın Elm Tarixi İnstitutunda olub.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli ilə görüşdə müəssisənin yaranma tarixi, əldə etdiyi nailiyyətlər və aparılan elmi-tədqiqat işləri barədə qonağa məlumat verilib.

M.Əfəndiyev Elm Tarixi İnstitutu ilə birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, M.Əfəndiyev 1990-cı ildə apardığı elmi-tədqiqat işlərinə görə ilk azərbaycanlı alim olaraq beynəlxalq "Humboldt" mükafatına, 2015-ci ildə isə nobel mükafatçısı Feodor Linenin adına təsis edilmiş mükafata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.