www.science.az
28.09.2018 13:50

Bolqarıstan Elmlər Akademiyasının sədri Şamaxı Astrofizika Rəsədxanasının nailiyyətlərini yüksək dəyərləndirib

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, beynəlxalq əlaqələri, son illər astrofizika sahəsində aparılan tədqiqatlar, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat işləri barədə qonaqlara məlumat verib.

BEA-nın sədri rəsədxanada yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Sonda bolqarıstanlı qonaqlar rəsədxanada yaradılan Nəsirəddin Tusi və planetlər laboratoriyaları, astronomiya muzeyi və 2 metrlik teleskopla tanış olublar. Onlara 2 metrlik teleskopda quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.