www.science.az
15.05.2014 00:00

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Avropa Geoelmlər Birliyi Baş Assambleyasının toplantısında iştirak edib

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov Vyana (Avstriya) şəhərində keçirilən Avropa Geoelmlər Birliyi Baş Assambleyasının toplantısında (European Geosciences Union (EGU) General Assembly) Torpaq Sistem Elmləri Proqramı çərçivəsində iştirak edib. Dünyanın 100-dən çox ölkəsindən 12000-dən çox tədqiqatçının qatıldığı toplantıda Ə.Məmmədov “Torpaqların aqreqat və struktur dayanıqlığının polimer tətbiqindən və aqreqat ölçüsündən asılılığı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, iki xarici tədqiqat institutu ilə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi qərara alınıb. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə dünyanın tanınmış elmi təşkilatları arasında elmi əlaqələrin qurulması, birgə layihələrin hazırlanması məqsədilə ABŞ-ın Miçiqan, Purdu, Kaliforniya universitetləri, Avstriya Təbii Ehtiyatlar və Həyat Elmi Universiteti, Almaniya Ruhr Universiteti və s. institut və təşkilatların nümayəndələri, EGU Torpaq sistemləri bölümünün prezidenti, həmçinin Avropada dərc edilən bir sıra elmi jurnalların nümayəndələri ilə görüşlər keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.