www.science.az
16.05.2014 00:00

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Fransada ezamiyyətdə olacaq

AMEA Radiasiya Problemləri İnstitutunun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı mayın 18-dən 31-dək Fransada elmi ezamiyyətdə olacaq.

Məqsəd Savoie Universitetində keçiriləcək “NATO-nun elm üçün sülh və təhlükəsizlik proqramı” mövzusunda elmi-tədqiqat işlərində iştirak etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.