www.science.az
19.10.2018 12:29

Dünyanın nüfuzlu elmi mükafatlarından olan “Breakthrough Prize”-nin qalibləri elan olunub

Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb.

"Həyat elmləri" kateqoriyasında bu mükafata farmakoloq Frank Bennett və biyokimyaçı Adrian Kreiner layiq görülüblər. Onlar neyrodejenerativ xəstəlik - orbital əzələ atrofiyası üçün ilk dərmanın təkmilləşdirilməsi işində nailiyyətlərinə görə  təltif ediliblər. Həmçinin Angelika Amon və Syaobey Cjuan da "Həyat elmləri" kateqoriyasında bu mükafata layiq görülüblər. 

“Fundamental fizika” kateqoriyası üzrə isə mükafatı Pensilvaniya Universitetindən Çarles Kane və Yudjin Mel qazanıblar. Onlar materialların yeni sinfinin - yalnız səthdə elektrik cərəyanını keçirən topoloji izolyatorların varlığını proqnozlaşdırdıqlarına görə təltif olunublar.

Bundan başqa, riyaziyyat sahəsi üzrə mükafat Lenqlends proqramı sahəsindəki nailiyyətlərinə görə faransalı alim Vinsent Lafforquya, fizika sahəsində xüsusi mükafat isə pulsarları kəşf edən Şimali irlandiyalı astrofizik Coselin Bernell Bellə verilib.

Eyni zamanda, münsiflər heyəti riyaziyyat və fizika sahəsində “New Horizons” (“Yeni üfüqlər”) kiçik mükafatının 12 laureatının adlarını açıqlayıb.

Mükafatların təqdimat mərasimi noyabrın 4-də keçiriləcək.

www.nplus1.ru