www.science.az
07.11.2018 10:31

Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə sərgi açılıb. 

Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz”, “Milli birlik”, “Dövlət bayrağına münasibət qaydası”, “Milli-mənəvi dəyərimiz”, “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” və digər kitablar nümayiş olunur.  

Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi noyabrın 16-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.