www.science.az
20.11.2018 17:24

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

20 noyabr 2018-ci il tarixində saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda neft kimyası sahəsində aparılmış tədqiqatlara, bu sahədə əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. 

Proqramın qonağı AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.