www.science.az
21.11.2018 10:17

Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı təşkil olunub.

Seminarda bu elmi müəssisənin Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyev “Kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsvirindən bəhs olunub.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.