www.science.az
08.01.2019 09:38

Milli Aviasiya Akademiyası ilə Biofizika İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadır Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Biofizika İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovla görüşdə qonaqlara müəssisədə yeni qurulmuş müasir laboratoriyalar, aparılan elmi-tədqiqat işləri və əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Bundan əlavə, iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında spektroskopiya, xüsusilə udulma və flüoressensiya spektroskopiyası sahəsi üzrə müştərək tədqiqatların aparılması barədə razılıq əldə edilib.

Daha sonra qonaqlar institutun laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.