www.science.az
23.01.2019 14:37

“Magistr” jurnalının 1-ci nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 1-ci nömrəsini nəşr etdirib.

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.