www.science.az
24.01.2019 10:21

“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi yenidən nəşr olunub

Bu günlərdə “Elm” nəşriyyatı tərəfindən 1914-cü ildə Mahmud Mahmudbəyov və Abbas Səhətin birgə hazırladıqları “Türk ədəbiyyatına ilk qədəm” adlı dərsliyin transfonoliterasiya olunmuş variantı çap edilib. 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunmuş kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtib edib nəşrə hazırlayan və “Ön söz”ün müəllifi isə Səadət Nəsirovadır.  Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağır oğludur.

Qeyd edək ki, dərslik 1906-cı ildə Bakıda keçirilmiş Müəllimlərin Birinci Qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib.  

“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi ali məktəb tələbələri və orta məktəbdə təhsil alan gənclər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.