www.science.az
25.01.2019 09:42

“Türkologiya” jurnalının 4-cü sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 4-cü sayı işıq üzü görüb. Jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Makedoniya, ABŞ alimlərinin məqalələri yer alıb.

Nəşrin məsul katibi, Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.

Beynəlxalq elmi mərkəzlərlə əlaqələrini genişləndirən jurnalın bu sayında “Dilçilik”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya”  rubrikalarında “Qədim türk runik abidələrinin dilində sintaktik predikativ modellərin təhlili təcrübəsi”, “Türk və macarların kulinariya mədəniyyətləri arasında əlaqələr”, “Kitabi-Dədə Qorqud”da işlənmiş bəzi söz və ifadələr haqqında”, “Xalı sözü haqqında” kimi orjinal elmi-nəzəri məqalələr əksini tapıb. “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib.   

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.