www.science.az
12.02.2019 13:50

“Marie Sklodowska-Curie” qrant müsabiqəsi elan edilir

“Marie Sklodowska-Curie” proqramı çərçivəsində təcrübəli tədqiqatçılar üçün qrant müsabiqəsi elan edilir. Müsabiqənin qalibi olmuş şəxslər “Universite Sorbonne Paris Cite” universitetində tədqiqat aparmaq imkanı əldə edəcəklər.

“Marie Sklodowska-Curie” fərdi tədqiqatçılara onların elmi bilik və bacarıqlarını şaxələndirməyə və genişləndirməyə imkan verən qrant müsabiqələri təqdim edir. Qrantlar fərdi tədqiqatçıların iki illik əmək haqqını, tədqiqat xərclərini və tədqiqatların aparılacağı təşkilatda ümumi xərcləri əhatə edir.

Qrantlara müraciət etmək üçün forma doldurulmalı və 20 fevral 2019-cu il tarixinədək packeuropeaccess@uspc.fr ünvanına göndərilməlidir.

Ətraflı məlumatı edu-active.com saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.