www.science.az
15.02.2019 13:46

Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunacaq

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi-praktik konfrans keçiriləcək.

Tədbir fevralın 20-də saat 11:00-da AMEA-nın Əsas binasında baş tutacaq.

Konfransda “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, “Ana dilimizin saflığının qorunması məsələləri”, “Azərbaycan dilinin inkişafında kinonun rolu” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.